QƏDİM MUSİQİ ALƏTLƏRİ ANSAMBLI BEYNƏLXALQ TƏDBİRƏ DƏVƏT EDİLMİŞDİR
Noyabrın 22-27-də Türkiyənin İstanbul şəhərində İslam Konfransı Təşkilatı İslam Tarixi, Mədəniyyəti, İncəsənətinin Tədqiqi Mərkəzinin 25 illiyi qeyd ediləcəkdir.
Azərbaycan Dövlət musiqi mədəniyyəti muzeyinin qədim musiqi alətləri ansamblı bu tədbirə dəvət olunmuşdur.
Ansamblın rəhbəri Məcnun Kərimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indi kollektiv İslam ölkələrinin mədəniyyət həftəsi üçün yeni konsert proqramı hazırlayır.