Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qəhrəman üçün ağlamazlar” – şəhid atası VİDEO

“Qəhrəman üçün ağlamazlar” – şəhid atası VİDEO

Ucar, 2 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan Azərbaycanın igid övladlarından biri də kiçik gizir Kərim Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində dünyaya gəlib. O, 2004–2015-ci illərdə kənd məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından hərb sənətinə marağı olub. Çünki ailəlikcə hərb yolunu seçmişdilər: dayısı polkovnik idi, atası Məhəmmədəli Əliyev isə Birinci Qarabağ savaşının qazisidir. Böyük qardaşı da Vətən müharibəsi dövründə ordu sıralarında xidmət edib.

2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini başa vuran Kərim boy-buxunu, biliyi və gücü ilə seçilirdi. Məhz bu keyfiyyətləri sayəsində xüsusi təyinatlı qüvvələrin seçimindən uğurla keçərək həmin elit hərbi birliyin tərkibində xidmətini davam etdirmişdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Kərim Əliyev xüsusi təyinatlı qüvvələrin tərkibində ön xəttə yollandı. O günlərdə ailəsinə zəng edərək yalnız bir söz dedi: “Halallaşaq...”.

Kərim Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Atası danışır ki, onun qəhrəmanlıqları barədə yalnız sonradan — zabitlərdən və döyüş yoldaşlarından xəbər tutublar. Hadrut–Qaraxanbəyli istiqamətində “Ohanyan səddi”nin yarılmasında xüsusi şücaət göstərib. Eləcə də Cəbrayılın məşhur “Vişka” adlanan strateji nöqtəsinin alınmasında, HMS bazasının dağıdılmasında, yüksəkrütbəli düşmən qüvvələrinin məhv edilməsində böyük rol oynayıb.

Ən ağır döyüşlərin getdiyi Füzuli istiqamətində də igidliyi ilə seçilib. Xocavənddə Qırmızı Bazar istiqamətində gedən qanlı döyüşlərdə isə sonadək səngərdə qalaraq, yoldaşlarının bir qisminin sağ çıxmasına şərait yaradıb. Bu, onun son qəhrəmanlıq səhifəsi idi. Oktyabrın 19-da Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Kərimin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Məhəmmədəli Əliyev oğlunun şəhadəti ilə fəxr edir: “Yox, yox, ağlamıram. Qəhrəman üçün ağlamazlar. Oğlum fərari olsaydı, düşmən qabağından qaçsaydı, onda ağlayardım. Mən özüm Birinci Qarabağ müharibəsində Şuşa, Laçın, Qubadlı, Füzuli, Goranboy istiqamətlərində döyüşmüşəm. Tərtərin Talış dağı uğrunda gedən döyüşlərdə yaralanmışam. O vaxt imkanlarımız çox zəif idi, amma kişi kimi döyüşürdük. Oğlanlarımı da belə böyütmüşəm. Çox şükür ki, üzümü qara etmədilər. Allah Kərimimi seçdi, onu şəhidliklə mükafatlandırdı”.

O, oğlunun son zəngini də belə xatırlayır: “Səhər tezdən Kərimdən zəng gəldi. Anası ilə danışdı. Bu vaxtlar Kərim zəng etməzdi. Amma kefi kök idi. Silah səsi gəlirdi. Anası soruşdu ki, “Kərim, haradasan, o nə səsdir?” O isə cavab verdi: “Ana qorxma və məndən narahat olma, Qarabağdayam. Zəng etdim ki, səndən halallıq alım. Əgər şəhid olsam, mənə görə ağlama. Möhkəm ol. Mənimlə qürur duyacaqsan”.

Şəhid atası qürurla oğlunun döyüş yoldaşlarının xatirələrini dilə gətirir. Deyir ki, Kərimgil 2020-ci il sentyabrın 27-də döyüşün ilk günü Füzulinin Qaraxanbəyli kəndində ön xəttə çıxıbmış. Ermənilər bu istiqamətdə böyük hərbi texnika və canlı qüvvə toplayıbmış. Orada çox şiddətli, qanlı döyüşlər gedib. Bu döyüşlərdə qrup komandiri — kapitan Şirinov Kamil şəhid olub. Kamil ilə Kərim çox yaxın dost idilər. Kamilin şəhid olması Kərimə çox pis təsir edib. Oradaca söz verib ki, Kamilin qisasını son damla qanına qədər alacaq. Onlar orada dörd gün vuruşublar. Qaraxanbəyli istiqamətində hətta mühasirədə döyüşüblər. Sonra əmr gəlib, Cəbrayıl istiqamətinə yönəlibər. Oktyabrın 2-də Lələtəpə istiqamətindən Cəbrayılın azad olunması uğrunda döyüşə qatılıblar. Düşmən təlaş içində olub. Cəbrayılın mərkəzi azad edildikdən sonra üç gün orada qalıblar, sonra yenidən Lələtəpə və Arazboyu istiqamətdə Hadruta doğru irəliləyiblər. Hadrutda çox qanlı döyüşlər gedib. Orada yüksəkdə ermənilərin hava hücumundan müdafiə sistemi yerləşirmiş — strateji, hərbi cəhətdən böyük əhəmiyyət daşıyan obyekt olub. Kərimgil 12 nəfərlik qrupla həmin istiqamətə irəliləməyə başlayıblar. Həmin döyüşdə Kərimlə üzbəüz çox yaxın məsafədə bir erməni polkovniki gəlib. Kərim və digər şəhidimiz Eliyar Vəliyev birlikdə hərəkət ediblər. Bu an qrup Kərimin qeyri-adi hərəkətinin şahidi olub. Erməni polkovniki Elyara və Kərimə doğru atəş açanda o, akrobatik hərəkətlə tullanaraq yerə uzanıb və cəld manevr edib. Yoldaşları elə bilib ki, polkovnik Kərimi vurub. Lakin Kərim dərhal yerdən qalxıb polkovnikə atəş açıb və onu məhv edib. Bu əməliyyat zamanı düşmənin hava hücumundan müdafiə sistemi ilə yanaşı, bir sıra hərbi maşını da ələ keçirilib. Düşmənin bir polkovniki, bir kapitanı və 11 döyüşçüsü məhv edilib. Hadrut azad olunduqdan yenidən Füzuli istiqamətində döyüşləri davam etdiriblər. Sonuncu döyüşü Xocavənd, Qırmızı Bazar və Qubadlı istiqamətlərində olub.

“Qəhrəmanların silahı onlara şərəf və son vəsilə idi — Kərim də son nəfəsinədək döyüşdü. O, son silahından da məharətlə və qəhrəmancasına istifadə edərək özünü qurban verdi və ondan çox erməni terrorçusunu məhv etdi. Mən bir ata kimi qürurluyam — oğlumun göstərdiyi həm cəsarətə, həm vətənpərvərlik ruhuna heyranam. Onlar canlarını Vətən üçün fəda etdilər. Oğlumun və bütün şəhidlərimizin xatirəsi əbədidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun”, - deyə şəhid atası bildirib.

Şəhid Kərim Əliyevin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Kərim Əliyevin həyatı və döyüş yolu gənclərə nümunə, gələcək nəsillərə vətənpərvərlik dərsi olacaq. O, Vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldi və adını əbədiyyətə yazdırdı.

“Qəhrəman üçün ağlamazlar” – şəhid atası VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valeri Çeçelaşvili: Vaşinqton sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL