Qəmər adalarının nümayəndəsi: Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik
Bakı, 3 sentyabr, AZƏRTAC
Fransa tərəfindən adalarımızda neokolonializm siyasəti hələ də davam etdirilir. İnsanlarımız əziyyət çəkir, bir yerdən başqa yerə köçürülürlər. Bu əziyyətlər nəticəsində minlərlə ada sakini həyatını itirib, on mindən çox insan adadan qovularaq çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri səsləndirib.
Sabiq nümayəndə konstitusiyada Qəmər adaları ilə bağlı dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir və ada sakinlərinin hüquqlarını nəzərə almır.
“Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Mohamed Toihiri diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]