Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: İnanıram ki, atamın yurduna qovuşacağam

Qərbi azərbaycanlı: İnanıram ki, atamın yurduna qovuşacağam

Gəncə, 26 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrdə Qərbi azərbaycanlıların ömür kitabına əcdadlarının min illər boyu yaşadığı, böyüyüb, boya-başa çatdıqları yurdlarından, el-obalarından, isti ocaqlarından didərgin salınmaq kimi qara səhifələr yazıldı. Haqqı olandan məhrum edilərək, məşəqqətlərə tab gətirmək, qaçqın adı qazanaraq ürəkağrısı çəkmək, həyata yenidən tutunmağa çalışmaq, yaşadılan dəhşətləri unutmağa cəhd edərək sıfırdan yuva qurmaq əziyyəti soydaşlarımızın sınağı oldu. Onlar təkcə Qərbi Azərbaycandan, ev-eşiklərindən, yaxın ətraflarından deyil, əzizlərinin, doğmalarının qəbirlərindən də ayrı salındılar. Neçə-neçə arzular nakam qaldı, diləklər daşa dəydi, ömürlər puça döndü. Haqq və hüquqlarının tapdanılması, insanlığa yaraşmayan zülmlərə məruz qalmaları Qərbi azərbaycanlıların ürəyinə sağalmaz yaralar vurdu, yaddaşlarına qəm-kədər, qüssə olaraq yazıldı. Qərbi Azərbaycan İcmasının üzvü, Gəncə Dövlət Universitetinin kafedra müdiri, professor Orucəli Rzayev də belə soydaşlarımızdandır.

Orucəli müəllim AZƏRTAC-ın bölgə müxbiri ilə doğma yurdla bağlı xatirələrini bölüşüb, acılı-şirinli anları yada salıb.

Həmsöhbətimiz 1956-cı ildə Zəngibasar mahalının Uluxanlı qəsəbəsində anadan olub. Qədim yaşayış yeri olan Uluxanlıda sonuncu deportasiyaya qədər əsasən azərbaycanlılar yaşayıblar. Onlardan biri də Rzayevlər ailəsi olub. “Uluxanlıda bir zamanlar görkəmli maarifçi Cəlil Məmmədquluzadənin pedaqoq kimi fəaliyyət göstərdiyi məktəbdə təhsil almışam. Atam Sarvanlar kəndində riyaziyyat müəllimi işləyib. Ailədə 7 uşaq olmuşuq, anamı itirəndə 6 yaşımda idim. Ümumiyyətlə, Uluxanlıda 400-ə yaxın azərbaycanlı ailə yaşayırdı, erməni ailələrinin sayı isə sadəcə 3 idi. Sonradan yaşayış məntəqəsinin kənarındakı boş ərazidə binalar tikib, digər erməniləri də oraya köçürdülər”, - deyən Orucəli müəllimin sözlərinə görə, bundan sonra ermənilər öz çirkin xislətlərini daha çox büruzə verməyə başlayıblar.

Ermənilər hələ 1983-cü ildə Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar edib, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıdıblar. “Qəsəbənin yanından dəmir yolu keçirdi. Qatarlarla kəndlərə çörək daşınırdı, biz də növbəyə durub alırdıq. Mən uşaq idim, bir dəfə oraya dostlarımla deyil, tək getdim. Ermənilər bundan istifadə edərək, mənə pulunu ödədiyim çörəyi götürməyə imkan vermədilər. Onlara müqavimət göstərib, canımı qurtararaq evə döndüm. Sonra bizim qəsəbəyə gələndə dostlarımla onları gördük, niyə belə etdiklərini soruşanda, qorxudan ağlamağa başladılar”, - deyə həmsöhbətim xatırlayır. Deyir ki, ermənilər hər zaman azərbaycanlılara ailə mədəniyyətinə, təmizkarlığına, böyüyə, kiçiyə, qadına hörmət etmələrinə qibtə ilə yanaşırdılar. Bunu çəkinmədən dilə də gətirirdilər.

Ermənilər mənfur planlarını mərhələ-mərhələ gerçəkləşdirirdilər. Sonuncu deportasiyadan əvvəlki illərdə bütün məsul vəzifələrə ancaq ermənilər təyin edilib. Azərbaycanlıların təhsil almasına, işlə təminatına maneələr yaradılıb. Neçə-neçə gənc, o cümlədən Orucəli müəllim sırf təhsil ala bilmək üçün öz yurdunu tərk etmək məcburiyyətində qalıb: “Azərbaycanda oxuyub, işləsəm də ildə iki dəfə ata yurduma gedirdim. Görürdüm ki, heç nə əvvəlki kimi deyil. Azğın ermənilər son zamanlar əhalidən tələb edirdilər ki, ancaq erməni dilində danışsınlar. Erməni dilini bilməyən azərbaycanlılara mal satmırdılar, onları get-gələ salırdılar. İş yerlərində də böyük təzyiqlər var idi. 1987-ci ilin noyabrında Qafandan Qərbi azərbaycanlıların çıxarılması ilə hər şey daha da qəlizləşdi. Ermənilər açıq-aşkar azərbaycanlılardan Uluxanlını tərk etmələrini tələb edirdilər”.

Bütün bunların kulminasiya nöqtəsi olaraq, 1988-ci ilin sonlarında Uluxanlı qəsəbəsinin azərbaycanlı əhalisi doğma torpaqlarından, ev-eşiklərindən didərgin salındı. “Ermənilər bacımgilin evi də daxil olmaqla, bir sıra tikililəri dağıtmışdılar, digərlərini yandırmağa cəhd etmişdilər. Qaniçənlər bəzi soydaşımızın canına qəsd etmişdilər. Bizimkilər canlarını zorla qurtara bilmişdilər. Sonra onları Bakı şəhərinə yerləşdirdik. Atam yurd xiffəti ilə dünyadan köçdü. Evimiz, mal-mülkümüz, sahib olduğumuz hər şey bir yana, anamın qəbri də orada qaldı...”, - deyən Orucəli müəllim qəhərlənir.

Həmsöhbətim bildirir ki, bu il ailəsi ilə birgə azad edilmiş torpaqlarımıza səfər edib, oraları qarış-qarış gəzib. “Orada necə böyük qürur hissi keçirdiyimi təsvir edə bilmirəm. Hiss elədim ki, ədalətin bərpası ilə bir növ bizim də qisasımız alınıb. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər artıq Qərbi Azərbaycana qayıdışımız üçün tarixi şərait yaradıb. İnanıram ki, bu da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə reallığa çevriləcək. Mən də atamın yurduna qovuşacaq, anamın qəbrini ziyarət edə biləcəyəm”, - deyə Orucəli Rzayev bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir

NİİM: Heydər Əliyev prospektində qəza baş verib, hər iki istiqamətdə sıxlıq yaranıb

Cevdet Yılmaz: Orta Dəhliz dünya ticarəti üçün təhlükəsiz və zəruri marşruta çevrilib

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevrilir ŞƏRH

“Bakı Enerji Həftəsi” – Azərbaycanın enerji diplomatiyasının parlaq nümayişi ŞƏRH

DÇ-2026: Qlobal səhiyyə qurumları yoluxucu xəstəliklərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycanlı qadın sahibkarlar Almaniyada təcrübə mübadiləsi səfərində iştirak ediblər

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib

Mülkiyyət hüququnun təmin edilməsi Böyük Qayıdışın dayanıqlığını gücləndirəcək ŞƏRH

Fransa Rusiyanın informasiya məkanında ikinci əsas hədəfidir

Məlahət İbrahimqızı: Qərbi Azərbaycanın tarixi mirasının dünyada tanıdılması “mədəniyyət diplomatiyası”nın nümunəsidir

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar

Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək

“Çanmi” fırtınası UNESCO siyahısındakı abidəyə ziyan vurub

Böyük Qayıdış qanunvericilikdə dəyişiklikləri zəruri edir - siyasi şərhçidən açıqlama

Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

ADPU müəllimləri Pekində keçirilən təlim-seminarda iştirak ediblər