Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonunda 3 saylı qəsəbənin ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]