QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİYƏ
Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Qətər münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasındakı əlaqələrin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsi naminə bundan sonra da qarşılıqlı səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 avqust 2008-ci il.