Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə ilə görüşüb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.