Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 12 yanvar, AZƏRTAC
Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Səyyar bin Əbdürrəhman əl-Muavdə etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və biznes dairələrinin təmaslarının artırılmasının vacibliyi vurğulanıb.
Səfir Səyyar bin Əbdürrəhman əl-Muavdə ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov yeni səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.