Qətərli gimnast: Azərbaycan idmançıları “Bakı-2017”yə çox yaxşı hazırlaşıblar
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan idmançıları İslamiadaya çox yaxşı hazırlaşıblar. Məşq zamanı bunun şahidi oldum. Dərhal müşahidə etmək olur ki, Azərbaycanda idmançılara xüsusi diqqət və qayğı göstərilir. Bu da idmançıları yeni-yeni zirvələr fəth etməyə ruhlandırır.
Bu fikri IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı, Qətərli gimnast Aldyani Ahmed AZƏRTAC-a müsahibəsində söyləyib.
“Əlbəttə, hamımız qələbəyə can atırıq. Sizin gimnastlarınız çox güclüdürlər. Fəxri kürsüdə Azərbaycan gimnastlarının yer alacağına inanıram. Onlar rəqiblərim olsa da mən bütün gimnastlara uğurlar arzu edirəm”, - deyə Aldyani Ahmed bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:59]
Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]