QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ SEÇKİLƏRİ İZLƏMƏSİNƏ İCAZƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin oktyabrın 28-də keçirilmiş iclasında dövlətimizin başçısının “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, seçki qanunvericiliyinə uyğun olaraq, qeyri-hökumət təşkilatları, Azərbaycan Respublikasında keçirilən prezident seçkilərini, Milli Məclisə və bələdiyyələrə seçkiləri izləyə, eləcə də, öz nizamnamələrində nəzərdə tutulmuş qaydada, hüquqi normativ aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilərlər.
Xatırladaq ki, indiyədək xarici fiziki və hüquqi şəxslərə, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan, Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının seçkiləri müşahidə etməsinə icazə verilmirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]