Qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib
Bakı, 8 iyul, AZƏRTAC
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8–20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]