QƏZA NƏTİCƏSİNDƏ İRANA ELEKTRİK ENERJİSİNİN ÖTÜRÜLMƏSİ DAYANDIRILMIŞDIR
Hər il energetiklər eyni ciddi problemlə qarşılaşırlar. Tarlanın təmizlənməsini asanlaşdırmaq, habelə vəsaitə qənaət etmək üçün biçilmiş zəmiləri yandırırlar. “Azərenerji” bunun qarşısını almağa cəhdlər göstərsə də, qanunpozanlarla təkbaşına mübarizə apara bilmir.
Saatlı rayonundakı yanğın Əli Bayramlı elektrikötürmə xəttinin keçdiyi böyük ərazini bürümüşdür. Qəza nəticəsində elektrik xəttinin sıradan çıxması nəinki İrana ötürülən elektrik enerjisinin kəsilməsinə səbəb olmuş, habelə Azərbaycanın ikinci güclü elektrik stansiyasında qəza vəziyyəti yaratmışdır. Hadisə yerinə təmir briqadaları göndərilmiş, yanğın mənbəyinin təftişi aparılmışdır.
Xatırladaq ki, bu cür məsuliyyətsizlik halları Azərbaycanın enerji təhlükəsizliyinə mənfi təsir göstərir, iqtisadiyyata böyük zərər vurur.