Qəzza zolağından təxliyə edilən 120 Rusiya vətəndaşı xüsusi reyslə Moskvaya gətirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi bir gün əvvəl Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşlarının üçüncü qrupunu Moskvaya çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidmətinin rəhbəri Roman Oxotenko məlumat verib.
“Həqiqətən, Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi paytaxtın Domodedovo hava limanına enib, Qəzza zolağından təxliyə edilmiş 120 Rusiya vətəndaşını Moskvaya çatdırıb. Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları müşayiət edib. Rusların vətənlərinə çatdırılması işi davam edir”,- deyə Roman Oxotenko bildirib.
Bildirilir ki, Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsini Rusiya Fövqəladə Hallar Nazirliyi diplomatlarla birgə təşkil edir. Məlumata görə, ümumilikdə 1000-dən çox Rusiya vətəndaşı təxliyə siyahılarına yazılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]