QİÇS-Ə QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Layihənin birinci hissəsi Şamaxı, Ağsu, Ağdaş, Mingəçevir, Hacıqabul və Kürdəmiri əhatə etmişdir.
Layihədən məqsəd ölkəmizin regionlarında yeniyetmə və gənclərin QİÇS-ə qarşı dünyagörüşünün inkişaf etdirilməsi, maarifləndirilməsi və bu mübarizəyə daha fəal cəlb olunmasıdır.
Hazırda layihə Xanlar, Tovuz, Ağstafa və Tərtərdə də həyata keçirilməkdədir.
Layihə çərçivəsində, yuxarıda göstərilən rayonların hər birində 7 gün olmaqla, bu dəhşətli bəlanın qarşısının alınması üçün hökumət rəsmilərinin iştirakı ilə dəyirmi masaların, diskussiyaların, müzakirələrin həyata keçirilməsi planlaşdırılmışdır.
Bundan əlavə, rayon gənclərinin təşəbbüs qruplarının, könüllülərin iştirakı ilə maarifləndirmə yürüşləri də keçiriləcəkdir.