Qırğızıstan Prezidenti: Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər
Astana, 15 may, AZƏRTAC
Türk dövlətlərinin birliyi və onların ortaq innovativ potensialı yeni iqtisadi imkanlar açacaq və regionun qlobal texnologiya xəritəsində güclü bir mərkəz kimi mövqeyini gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O vurğulayıb: “Birgə səylərimiz bilik mübadiləsi və texnoloji inteqrasiya yolu ilə müasir dünyanın çağırışlarını həll edə bilər. Nəqliyyat dəhlizlərini rəqəmsal platformalarla birləşdirə bilsək, türk dövlətləri qlobal yükdaşımaları sistemində mühüm rol oynaya biləcəklər”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]