Qırğızıstanda vəhşi heyvanlar üçün reabilitasiya mərkəzi yaradılır
Bakı, 2 iyun, AZƏRTAC
Qırğızıstanda vəhşi heyvanların qorunması və müalicəsi üçün müasir elmi və reabilitasiya mərkəzi inşa olunur.
AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu mərkəz Mərkəzi Asiyada tədqiqatları, baytarlıq yardımını, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpasını həyata keçirəcək ilk ixtisaslaşmış kompleks olacaq.
Qeyd edilib ki, İssık-Kul Dövlət Təbiət Qoruğunun ərazisində tikilən “Ak İlbirs” mərkəzində işlər sürətlə davam edir. Mərkəzin bu ilin avqust ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır. Layihə çərçivəsində biomüxtəlifliyin qorunması və elmi tədqiqatların gücləndirilməsi məqsədilə müasir laborator avadanlıqların quraşdırılması da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [12:55]
Qazaxıstanda sərnişinlər qatarların hərəkətini onlayn izləyə bilərlər
- 02.06.2026 [12:49]
Ölü dəniz ildə bir metr su itirir və çökəkliklər əmələ gətirir
- 02.06.2026 [12:43]
Avstraliya ABŞ-dən yalnız istifadədə olan nüvə sualtı qayıqlarını alacaq
- 02.06.2026 [12:36]
OPEC+ iyul ayından etibarən neft hasilatını gündə 188 min barel artıra bilər
- 02.06.2026 [11:43]