Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib
Bakı, 23 aprel, AZƏRTAC
Qırğızıstanın Cəlal-Abad və Talas vilayətlərinin bir neçə rayonunda güclü daşqın və sel səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şamırkanov brifinqdə bildirib. Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi lokal xarakter daşıyır və yalnız daşqınlara məruz qalan ərazilərə aiddir. Təbii fəlakətin vurduğu maddi ziyanın hesablanması mülkü müdafiə qüvvələri tərəfindən həyata keçirilir.
Aprelin 20-dən 22-dək Qırğızıstanın cənubunda azı 30 daşqın hadisəsi qeydə alınıb. Bu gün Cəlal-Abad və Talas vilayətlərində güclü sel nəticəsində 200-dən çox yaşayış binasını su basıb. Bundan əvvəl isə Oş vilayətində fövqəladə vəziyyət rejimi elan olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]