Qırğızıstanın xəbər portalları AZƏRTAC-a istinadla erməni vandalizmindən yazır
Daşkənd, 6 oktyabr, АZƏRTAC
Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları AZƏRTAC-ın “Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib”, “Prezident İlham Əliyev “Əl-Ərəbiyə” telekanalına müsahibə verib”, “Qədim Gəncəni artilleriya atəşinə tutan düşmən yerli sakinləri qorxuda bilməz - erməni vandalizmi AZƏRTAC-ın fotolarında” sərlövhəli materiallarını rus dilində dərc edib.
Prezidentin müraciətində Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlaması, bizim bütün tarixi, dini, mədəni abidələrimizi dağıtması, əsgər və zabitlərimizin qəhrəmanlığı, Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfdən yerinə yetirilməməsi və digər məsələlər öz əksini tapıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd