QIŞ AYLARINDA TOVUZLULAR SÜFRƏ ÜZÜMÜ İLƏ TƏMİN OLUNACAQLAR
Tovuz rayonunda fəaliyyət göstərən “Araz-T” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hələ yay aylarından şirkətə məxsus soyuducular təmir olunaraq mövsümə hazırlanmışdır.
Payızda isə əhalini qış aylarında süfrə üzümü, meyvə ilə təmin etmək üçün fermer və sahibkarlardan məhsul qəbuluna başlanmışdır.
Artıq indiyədək 100 ton süfrə üzümü, 10 ton alma və digər məhsullar qəbul olunaraq soyuduculara yerləşdirilmişdir. Bu da tovuzluların qış aylarında üzüm və meyvəyə olan tələbatının müəyyən hissəsini ödəyəcəkdir.