Qızıl medal qazanan Azərbaycan güləşçisi: Hakim haqsızlıqlarına baxmayaraq, qalib gəldim
Bakı, 31 oktyabr, AZƏRTAC
"Ağır çəki dərəcəsində ölkəmə medal qazandırdığım üçün çox sevincliyəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Mikayıl İsmayılov deyib.
110 kiloqram çəki dərəcəsində çıxış edən idmançı beynəlxalq arenada qələbə qazanmağın möhtəşəm hiss olduğunu vurğulayıb: "Bundan öncə Avropa və dünya çempionatlarında fəxri kürsüyə qalxmışdım. Amma heç vaxt Vətənə qızıl medalla qayıtmamışdım. Hakim haqsızlıqlarına baxmayaraq, qalib gəldim".
17 yaşadək yunan-Roma güləşçilərindən ibarət milli komandanın kapitanı özündən belə nəticə gözləmədiyini söyləyib: "Final görüşündə xalçaya çıxanda uduzacağımı düşünürdüm. Üzərimdə təzyiq hiss edirdim. Amma vəziyyət başqa cür alındı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı".
O, növbəti hədəfinin böyük güləşçilər arasında Azərbaycan çempionatında qızıl medal qazanmaq olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan 16 növ - aerobika, bədii və idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadanı 26-sı qızıl, 26-sı gümüş, 29-u bürünc olmaqla, ümumilikdə 81 medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]