Qızıl medal qazanan türkiyəli gimnast: Uzun zamandır Avropa çempionatına hazırlaşırdıq
Gəncə, 11 noyabr, Cavid Əliyev, AZƏRTAC
Avropa çempionatı böyük yarışdır. Uzun zamandır bu turnirə hazırlaşırdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatında “üçlük” proqramında qızıl medal qazanan Türkiyə təmsilçisi Furkan Saylan deyib.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı nəticəyə görə xoşbəxt olduğunu qeyd edərək bildirib: “Avropa çempionatına hazırlıq dönəmində müəyyən çətinliklər olurdu. Amma əsas odur ki, sonda qələbə qazandıq. Komanda yoldaşlarımı təbrik edirəm. Bizə dəstək olan məşqçilərimizə və ailə üzvlərimizə minnətdarıq”.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]