“Qızıl Pəri” Peşə Mükafatı üzrə namizədlərin qəbulu başa çatıb – 420 müraciət qəbul olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Aktyorlar Gildiyasının və Azərbaycan Prodüserlər Gildiyasının dəstəyi ilə Azərbaycan Kino Akademiyası tərəfindən təsis edilən “Qızıl Pəri” Peşə Mükafatı üzrə 2025-ci il üçün nominasiyalara müraciət qəbulu yekunlaşıb.
Təşkilat Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, başa çatan müraciət mərhələsi çərçivəsində 25 müxtəlif nominasiya üzrə ümumilikdə 420 namizədin ərizəsi qəbul edilib. Müraciətlər mükafatın reqlamentində nəzərdə tutulan bütün sahələri əhatə edir və ölkənin aparıcı kinematoqrafçıları, studiyaları və televiziya kanalları tərəfindən təqdim olunub.
Müsabiqənin Seçim Komissiyası hər nominasiya üzrə maksimum 5 nominantı müəyyənləşdirmək üçün qiymətləndirmələrə start verib.
“Qızıl Pəri” Peşə Mükafatı ölkədə kino və televiziya sahəsində yaradıcı və peşəkar fəaliyyəti qiymətləndirmək, yeni istedadları tanıtmaq və yerli kino sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]