Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində “İctimai səhiyyə və insanların vaksinasiyası” mövzusunda beşinci panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən panel iclasında qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.

Panel iclasında İsrailin sabiq prezidenti, 2006-2009-cu illərdə Knessetin prezidenti Daliya İtzik, Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, Sloveniyanın sabiq prezidenti Danilo Turk, Latviyanın sabiq Baş naziri Lamdota Strauyuma, Tacikistan Prezidentinin sosial inkişaf və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, parlamentin qanunvericilik və insan hüquqları komitəsinin sədri Emomali Nasriddinzoda çıxış ediblər.

Suzan Elliott bildirib ki, COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanılması çox vacibdir. Hazırda dünyanın aztəminatlı ölkələrində əhalinin yalnız 10 faizə qədəri vaksinasiyadan keçib.

S.Elliottun sözlərinə görə, peyvəndləmə ilə əlaqədar xüsusilə Afrikada acınacaqlı vəziyyət müşahidə olunur: “Afrika əhalisinin yalnız 5 faizi birinci doza vaksin qəbul edib. COVAX platformasından daha çox faydalanmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. Zəngin ölkələr də vaksinlərin paylanmasında böyük rol oynamalıdır.

Panel iclasında çıxış edən İsrailin sabiq prezidenti, 2006-2009-cu illərdə Knessetin prezidenti Daliya İtzik İsrailin əhalisinin əksəriyyətinin vaksinləşdiyi nadir ölkələrdən biri olduğunu qeyd edib: İsraildə əhalinin böyük əksəriyyəti qısa zamanda peyvəndlənib. 6 milyon əhali birinci doza, 3 milyon isə hər iki doza peyvəndi qəbul edib. 2 milyon əhaliyə isə üçüncü doza vurulub. Ölkədə əhalinin 60 faizi peyvəndlənib. Həmçinin ölkədə 12 yaşdan yuxarı uşaqların peyvəndləməsinə başlanılıb. Yaş azaldıqca peyvəndləmə göstəricisi də azalır. Gənclər arasında vaksinasiya aparılmasında çətinlik çəkirik. Bu da vaksinlər haqqında dezinformasiyaların yayılması səbəbindən baş verir”.

D.İtzikin xatırladıb ki, qlobal səviyyədə peyvəndlərin paylanması üçün COVAX sistemi yaradılıb. COVAX hər bir ölkənin maraqlarını nəzərə alır: “Bu məsələdə hər bir ölkənin əvvəlcə öz vətəndaşlarının sağlamlığının qayğısına qalması başadüşüləndir, lakin istərdik ki, hər bir ölkə üçün də eyni əlçatımlılıq olsun. Bu sahədə ölkələrin beynəlxalq sazişə qoşulması təqdirəlayiqdir”. İsrailin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, peyvənd yardımı göndərdiyini vurğulayıb.

Səhiyyə nazirinin müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev COVID-19-un dünya ölkələrinin səhiyyə sisteminə təzyiqlər göstərməkdə olduğunu diqqətə çatdırıb. Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin paylanması ilə bağlı statistikasından bəhs edən T.Musayev yüksək gəlirli ölkələrdə hər 100 nəfərə 133 doza vaksin düşdüyü halda aşağı gəlirli ölkələrdə bu rəqəmin 4-ə bərabər olduğunu qeyd edib: “Belə bir şəraitdə pandemiyanı istənilən şəkildə idarə edə bilməyəcək və onun dalğaları qarşısında aciz qalacağıq”.

T.Musayev bildirib ki, Prezident İlham Əliyevin apardığı düzgün siyasət və beynəlxalq münasibətlər nəticəsində Azərbaycan lazımi miqdarda vaksin alıb. Milli Vaksinasiyası Strategiyası hazırlanıb və ölkədə yanvarın 18-dən peyvəndləmə prosesi başlayıb: “Əhalinin hədəf qruplarının 60 faizi iki doza ilə peyvəndlənib. İkinci dozadan 6 ay keçdikdən üçüncü doza ilə peyvəndləmə də aparılır. Azərbaycanda pandemiyanın ilk günlərindən ictimai kampaniya, maarifləndirmə tədbirlərinə başlanıldı. Burada kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətləri də mühüm rol oynadılar. Ölkəmizdə vaksinasiyadan keçənlərin, virusa yoluxan və sağalanların sayı ilə bağlı rəqəmlər şəffaf şəkildə paylaşılır”.

T.Musayev Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində COVID-la bağlı vəziyyətin nəzarət altına alındığını da diqqətə çatdırıb: “İlk gündən Azərbaycan hökuməti bütün strateji imkanlarını həmin qlobal bəla ilə mübarizəyə yönləndirdi. 50 yeni laboratoriya yaradıldı və mövcud şəbəkəyə inteqrasiya edildi, COVID xəstələrinin müalicəsi üçün çarpayıların sayı 50 minə çatdırıldı, ölkəyə süni tənəffüs aparatları gətirildi. Azərbaycan vaksinasiya kampaniyasına qoşulan birinci ölkələrdəndir. COVAX elə platformadır ki, təsis edilməsi insan həyatının xilas edilməsi məqsədi daşıyır. O, da sərt, azad ticarət qaydalarına uyğun deyil. Dünya ictimaiyyəti bu platformaya dəstək göstərməlidir ki, vaksinlərin paylanması təmin edilsin. Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan siyasəti vaksinlərin dünya ölkələrinə ədalətli paylanmasına töhfə verəcək.

“Vaksinlərin ədalətsiz paylanması çox ciddi qərarlar qəbul edilməsini şərtləndirir. Qlobal siyasət hazırlanmalı və qəbul olunmalıdır. Azərbaycan ilk gündən “vaksin millətçiliyinə” qarşı mübarizə aparır. Təəssüf ki, hələ də dünyada “vaksin millətçiliyi” davam edir”, - deyə T.Musayev diqqətə çatdırıb.

Sloveniyanın sabiq prezidenti Danilo Turk bildirib ki, COVID-19 dünyanın reallığını, çatışmazlığını, problemlərini üzə çıxardı: “Bu, bizim üçün dərs olacaq və gələcəkdə strategiyaların hazırlanmasında kömək göstərəcək. Hazırda dünyada beynəlxalq əməkdaşlığın zəif olduğu görünür, daha çox milli sistem üzə çıxır. İctimai səhiyyə xidmətləri o qədər güclü deyil. Peyvəndlərlə bağlı millətçilik hökm sürür. Biz buna tənqidi yanaşmalı, ədalətsiz paylanmanın qarşısını almalı, qlobal bir platforma üzərində səylərimizi birləşdirməliyik. Yüksək səhiyyə standartları ilk növbədə insan hüquqlarını təsvir edir. Səhiyyə xidmətləri əlçatan olmalıdır”.

Panel iclasında çıxış edən Latviyanın sabiq Baş naziri Lamdota Strauyuma deyib: “Hesab edirəm ki, az inkişaf etmiş və xüsusilə kasıb dövlətlərə COVID-19 vaksinlərinin əlçatanlığı üçün yardımımızı əsirgəməməliyik. Beynəlxalq əməkdaşlıq gücləndikcə vaksinlərin istehsalı işinin səmərəliliyi də artır. Onu da qeyd edim ki, Latviya Avropa İttifaqının üzvüdür və dövlətimiz pandemiya dövründə vaksinlərin işlənib hazırlanması işinə 2.5 milyard dollar vəsait yönəldib. Bundan başqa, vaksinlərin təhlükəsizliyi və təchizatı məsələsinə də diqqət yetirmək lazımdır. Pandemiya dünya ölkələrinin ictimai səhiyyə sistemindəki boşluqları ortaya çıxardı. Bir sıra ölkələrdə tibb işçiləri çatışmazlığı və monitorinq işinin zəifliyinin şahidi olduq. Hesab edirəm ki, problemlərin həlli və təkmilləşdirilmiş səhiyyə xidmətlərinin təşkili üçün beynəlxalq əməkdaşlığı artırmaq lazımdır. Təəssüf ki, səhiyyə sistemi hələ də çaşqınlıq dövrünü yaşayır. Hazırda COVID-19 əleyhinə vaksinasiya infeksiya ilə ən yaxşı mübarizə üsuludur”.

Tacikistan Respublikasının Prezidentinin sosial inkişaf məsələləri və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Emomali Nasriddinzoda təşkilatçılığa görə Azərbaycan dövlətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib və belə mötəbər qlobal forumda çıxış etməkdən məmnunluğunu ifadə edib. COVID-19 pandemiyasının bütün dünya ölkələrinin təhsil sisteminə mənfi təsirindən danışan təmsilçi qeyd edib ki, bu təsir təhsilin bütün pillələrində müşahidə edilib.

“Pandemiyanın əvvəllərində, yəni, 2020-ci ildə 124 ölkədə təhsil müəssisələri tamamilə, 11 ölkədə isə qismən dayandırılıb. Sonrakı müddətdə isə 188 dünya ölkəsində təhsil ocaqlarının fəaliyyətinə məhdudiyyət qoyulub. Nəticədə, 1.5 milyard təhsilalan tədris prosesindən məhrum qalıb. Yəni, COVID-19 pandemiyasından ən çox zərər görən sahələrdən biri də təhsildir. Həmçinin BMT-nin məlumatına görə, koronavirus pandemiyası az təminatlı ailələrə daha çox mənfi təsir göstərib. Bu kimi mənfi təsirlərin aradan qaldırılması, qlobal problemlərin həll edilməsi üçün Tacikistan Respublikası bütün vacib tədbirləri həyata keçirməyə hazırdır”, - deyə E.Nasriddinzoda vurğulayıb.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır