Qobu qəsəbəsində yollar təmir olunur
Xırdalan, 9 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Abşeron rayonunun Qobu qəsəbəsində uzunluğu 2.6 km olan Sona Salmanova küçəsinə 2 qatdan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Yekunda küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin ediləcək.