QONDARMA “DAĞLIQ QARABAĞ RESPUBLİKASI”NDA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRİN HEÇ BİR HÜQUQİ QÜVVƏSİ YOXDUR
Rusiya kütləvi informasiya vasitələrində qondarma “Dağlıq Qarabağ Respublikası”nda 7 ölkənin idmançısının iştirakı ilə stolüstü tennis üzrə beynəlxalq turnirin start götürməsi ilə bağlı məlumatlar yayılmışdır.
AZƏRTAC-ın müxbiri məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyevin fikirlərini öyrənmişdir.
İ.Əfəndiyev yarışı ernənilərin növbəti avantürası adlandıraraq turnirin heç bir beynəlxalq idman qurumları tərəfindən dəstəklənmədiyini demişdir. Belə bir yarış ötən il də təşkil olunmuşdu. Biz dərhal Beynəlxalq Stolüstü Tennis Federasiyasından (İTTF) məsələyə aydınlıq gətirilməsini tələb etdik. Lakin İTTF-dən nəinki turniri, ümumiyyətlə, Dağlıq Qarabağ adında respublikanı tanımadıqlarını bildirdilər. Araşdırmalar zamanı məlum oldu ki, üzdəniraq turnirdə Rusiya yığması hansısa kiçik bir şəhər məktəbinin komandası səviyyəsində təmsil olunur. Ümumiyyətlə, belə yarışların heç bir hüquqi qüvvəsi yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]