Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Bakı, 9 oktyabr (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle nəzarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]