QOŞUNLARIN TƏMAS XƏTTİNDƏMONİTORİNQ KEÇİRİLƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jiri Aberle keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen, Oleksandr Samarski və İmre Palatinus yerinə yetirəcəklər.