Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qreq Ebbott-Co Bayden qarşıdurması ABŞ-da ikinci vətəndaş müharibəsi ehtimalını artırır - TƏHLİL

Qreq Ebbott-Co Bayden qarşıdurması ABŞ-da ikinci vətəndaş müharibəsi ehtimalını artırır - TƏHLİL

Bakı, 3 fevral, AZƏRTAC

Bu ilin əvvəlindən ABŞ-ın Texas ştatının İql Pas şəhərində baş verən böhrana görə mərkəzi və yerli hakimiyyət arasında yaranmış konfrontasiya müxtəlif spekulyasiyalara səbəb olub.

AZƏRTAC xəbər verir ki, bəziləri bunu ABŞ-ın ikinci vətəndaş müharibəsi astanasında olması kimi qələmə versələr də, bir başqa qrup bunu Prezident Cozef Baydenin ölkəni düzgün idarə edə bilməməsi ilə əlaqələndirir. 2024-cü ilin ABŞ-da seçki ili olması vəziyyəti siyasi oyuna çevirir və daha da qəlizləşdirir. ABŞ administrasiyasının miqrasiya qanunvericiliyini yumuşaltmaq barədə qərarına etiraz edən Texas rəhbərliyi vəziyyətə nəzarəti ələ almaqda qərarlıdır.

İql Pas böhranı

Meksika ilə ən uzun sərhədə malik Texas ştatı son vaxtlar ciddi immiqrant böhranı ilə üzləşib. Statistikaya əsasən, 2023-cü maliyyə ili ərzində sərhədi qanunsuz şəkildə keçən miqrantların sayı rekord həddə çataraq 2 milyon 476 min nəfər olub. Ən yüksək göstərici isə dekabr ayında qeydə alınıb. Belə ki, ötən ilin sonuncu ayında sərhədi 225 min nəfər keçib və bu, 2000-ci ildən bu yana ən yüksək göstəricidir. Texas şəhərinin qubernatoru Qreq Ebbott 2021-ci ildən etibarən “Tənha ulduz” əməliyyatı çərçivəsində miqrantların sərhədi keçməsinin qarşısını almaq üçün müxtəlif növ sərt tədbirlər görür, sərhəddə yerləşən Rio-Qrande çayı boyunca tikanlı və ülgüclü məftillər quraşdırır və bu addımlar mütəmadi olaraq federal hökumətlə münaqişələrə gətirib çıxarır. Əməliyyat nəticəsində, həmçinin son vaxtlar 102 min qanunsuz miqrantın başqa ştatlara köçürülməsi həyata keçirilib.

Ötən ilin sonlarında isə mərkəzi hökumət tərəfindən federal patrul xidmətinə sərhəddə quraşdırılmış məftilləri sökmək barədə tapşırıq verilib. Nəticədə yerli Milli Qvardiya qüvvələri ilə münaqişə yaranıb. Ardınca Texas rəhbərliyi federal agentlərin yerli qanunları pozmasını əsas gətirərək məhkəməyə müraciət edib. Dekabrın ortalarında 5-ci dairə üzrə Apellyasiya Məhkəməsi Texasın lehinə qərar çıxarıb və fövqəladə tibbi vəziyyət yaranmadığı müddətcə federal patrul xidmətinin məftilləri sökməsini qadağan edib.

Bu il yanvarın 1-də qubernator Qreq Ebbottun iki ölkə arasında nəzarət-buraxılış məntəqəsinin bağlanmasına dair qəbul etdiyi fövqəladə bəyanatdan sonra Texasın Milli Qvardiyası İql Pas şəhərində sərhədə nəzarəti geri alıb.

Sərhəd-buraxılış məntəqəsinin bağlanmasından sonra Rio-Qrande çayında boğulmuş 3 miqrantın cəsədi aşkar edilib. Ebbott-Bayden cəbhəsi hadisəyə görə qarşılıqlı olaraq bir-birini günahlandırıblar.

Bu hadisələrin fonunda mərkəzi hakimiyyətlə Texas rəhbərliyi arasında böhran daha da böyüyüb və yanvarın 22-də ABŞ Ali Məhkəməsi 5-ci dairə üzrə Apellyasiya Məhkəməsinin tikanlı məftillərin sökülməsinin qadağan olunması ilə bağlı qərarını ləğv edib. Yanvarın 24-də Q.Ebbott Texas ştatının suverenliyini müdafiə etməyi əsas tutaraq federal rəsmilərin parka girişinə icazə verməyəcəyini bəyan edib. Milli Qvardiyaya məftillərin sökülməsi ilə bağlı federal qüvvələrə müqavimət göstərmək tapşırığı verilib. Qreq Ebbott Prezident C.Baydeni ABŞ-da qanunsuz immiqrasiyanın aktivləşməsinə dəstək verməkdə günahlandırıb.

Məlumat üçün bildirək ki, ştat və mərkəzi hökumət arasında immiqrasiya mövzusunda misli görünməmiş hərbi konfrontasiya müasir Amerika tarixində ilk dəfədir baş verir.

Siyasi gərginliyə yol açan sərhəd böhranı

Yanvarın 29-da ABŞ-ın 25 ştatının federal prokuroru Texasın Meksika ilə sərhəddəki məntəqələri qorumaq hüququnu tanıyan və dəstəkləyən bəyanatla çıxış edib. ABŞ mediasında ölkənin vətəndaş müharibəsi astanasında olmasına dair fikirlər səsləndirilir. Belə ki, sözügedən 25 ştatın qubernatoru Texasın mövqeyini dəstəkləmək üçün öz milli qvardiyalarını göndərməyə hazır olduqlarını bildiriblər. “Qanunun aliliyini dəstəkləmək və sərhəddə təhlükəsizliyi təmin etmək əvəzinə, Bayden administrasiyası Texasa hücum edir”, - deyə respublikaçı-qubernatorların birgə bəyanatında qeyd olunur.

Bu il ABŞ-da ənənəvi olaraq yenə iki partiya arasında prezidentlik postu uğrunda mübarizə gedəcək. Bu baxımdan ekspertlər Ebbott-Bayden qarşıdurmasını, həmçinin seçkiqabağı Respublikaçılar (Ebbott) və Demokratlar (Bayden) qarşıdurması kimi də qiymətləndirirlər. Belə ki, Ali Məhkəmənin qərarından sonra Vermon ştatının qubernatorunu çıxmaqla Respublikaçılar Partiyasından olan yuxarıda bəhs etdiyimiz 25 ştatın qubernatorları, o cümlədən Respublikaçılar Partiyasının digər təmsilçiləri, habelə Nümayəndələr Palatasının spikeri Mayk Conson, Texas ştatının senatoru Ted Kruz və ABŞ-ın keçmiş Prezidenti və növbəti prezident seçkilərində ən real namizədlərdən biri Donald Tramp Texasa dəstəklərini ifadə ediblər.

Beləliklə, qarşıdurma sonu görünməyən siyasi və konstitusion böhrana səbəb olub.

Q.Ebbot iddia edir ki, Texasın özünü “işğal”dan müdafiə etməklə bağlı konstitusion hüququ var və bu səlahiyyət ölkənin ən yüksək qanunudur və buna zidd istənilən federal qanunları əvəz edir.

Radford Universitetinin siyasi eksperti Çapman Rakavey WSLS TV-yə açıqlamasında bildirib ki, federal hökumətin kifayət qədər iş görmədiyini düşünən Texas rəhbərliyi məsələnin həllini öz üzərinə götürməyə qərar verib. Ekspertin fikrincə, federal və əyalət hökumətləri arasındakı bu gərginlik gələcəkdə bəzi ciddi narahatlıqlara səbəb ola bilər. O, məsələdə Prezidentdən çox Konqresin rolunun və qərar qəbul etməsinin vacibliyini qeyd edib.

Fevralın 1-də Respublikaçılar Partiyasını təmsil edən Nümayəndələr Palatasının Texasdan olan üzvü Natanyel Moran Ali Məhkəmənin ülgüc məftillərinin çıxarılması ilə bağlı son qərarından sonra Texası dəstəklədiyini bildirib. KSLA-ya müsahibə verən N.Moran deyib ki, insanların sərhədi qanunsuz keçməsi ölkəyə terrorçuların daxil olması ehtimalını yüksəldir. O ehtimal edir ki, məsələ Texas və federal hökumət arasında daimi məhkəmə çəkişməsinə çevriləcək.

Teksit baş verə bilərmi?

Münaqişə ABŞ mətbuatında Texas ştatının dövlətin tərkibindən çıxmasına (sessesiya) dair ssenariləri yenidən gündəmə gətirir. Bu, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına - Breksitə (Brexit) analoji olaraq Teksit (Texit) adlandırılır. Hətta 2023-cü il dekabrın əvvəlində Texas Milliyyətçi Hərəkatı Respublikaçılar Partiyasının bu il mart ayında keçiriləcək yerli ilkin seçki bülletenlərinə sessesiya ilə bağlı konsultativ referendumun da əlavə edilməsi üçün petisiya açıblar. “Newsweek”in yazdığına görə, təxminən 140 min nəfərin imzalamasına baxmayaraq, petisiya rədd edilib.

Texas 2024-cü ilin prezident seçkilərində həlledici amilə çevrilir

Baş verənlər Bayden Administrasiyası üçün siyasi risklər yaradır. Sorğular göstərir ki, immiqrasiya və sərhədlərin mühafizəsi Bayden və Demokratların nüfuzuna neqativ təsir edir. Bununla da Bayden və partiyasının yenidən seçilmə ehtimalını aşağı salır.

Belə görünür ki, Q.Ebbott timsalında Respublikaçılar tərəfindən burada iki növ oyun gedir. Qısa oyun siyasi xarakter daşıyır və 2024-cü il seçkiləri öncəsi ictimaiyyətin fikrini formalaşdırmağa xidmət edir. Digər tərəfdən, baş verənlər qanuni cəhətdən federal hökumətlə əyalət rəhbərlikləri arasında konstitusion münasibətləri fundamental şəkildə dəyişmək məqsədinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

Bakıda Formula 2 yarışının sıralama turuna start verilib

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək