Qrossmeyster Ülvi Bacarani Türkiyədə keçirilən beynəlxalq turnirdə liderlik edir
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin Ordu şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə qrossmeysterlər Zaur Məmmədov və Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edirlər.
Üç turdan sonra turnirdə üç xal toplamış Ülvi Bacarani və Türkiyə təmsilçisi Kıvanc Haznedaroğlu irəlidədir. Altı şahmatçı onlardan 0,5 xal geri qalır. Azərbaycanın digər təmsilçiləri Zaur Məmmədov və Orxan Eminovun hər birinin aktivində 2 xal, Ramil Cavadovda isə 1 xal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]