Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb - FOTO
Qusar, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.
Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, cari qış mövsümünün ilk qarıdır. Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.