Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada “Soyqırım: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib VİDEO

Quba, 30 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 30-da Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Soyqırım: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

“Quba Palace Hotel”ində YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluğu ilə keçirilən tədbirin əvvəlində soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalmışdır. İstər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçirmiş, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atmışlar. 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.

Tahir Budaqov qeyd edib ki, ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu.

Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirəndə məlum olur ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, mənəvi, ekoloji terror, müharibə cinayətləri törədib, dinc - sivil insanları qətlə yetirib. Bu faktlar təcavüzkar erməni vandalizminin siması və daha bir nümunəsi kimi tarixə düşüb.

YAP Sədrinin müavini deyib: “Azərbaycan xalqı və dövləti tarixi yaddaşımızın qorunmasına hər zaman böyük həssaslıqla və xüsusi diqqətlə yanaşır. Eləcə də erməni vandalizmi və terrorizmi unudulmur, müvafiq siyasi-hüquqi qiymət verilir, reallıqlar dünya ictimaiyyətinə çatdırılır, erməni yalanları ifşa olunur, dezinformasiya kampaniyaları iflasa uğradılır. Xatırlatmaq vacibdir ki, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət xalqımızın ümummilli lideri, dahi şəxsiyyət - müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib.

Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə çox vacib işlər görür - mühüm layihələr reallaşdırır. Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə böyük əhəmiyyət daşıyır. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə doğru - obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyasının uğurla davam etdirilməsi isə xüsusi qeyd olunmalıdır. Bütün bunların nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər. Beləliklə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai rəyin daim Azərbaycanın lehinə olması hədəfinə çatmağa real imkanlar - əlverişli zəmin və şərait yaradır. Bütövlükdə, bu gün dünya özünü “məzlum xalq” kimi təqdim edərək beynəlxalq ictimai rəyi yanıltmağa çalışan ermənilərin əsl üzünü - barbar və vandal simasını görür, faktlar və həqiqətlər öz sözünü deyir. Beynəlxalq ictimaiyyət bir daha agah olur ki, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş müxtəlif konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı - bəşəriyyət əleyhinə cinayətdir”.

44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdığını söyləyən Tahir Budaqov deyib ki, yaxın tarixdə törədilmiş qanlı cinayətlərin qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. “Əminliklə söyləmək olar ki, azərbaycanlılara qarşı erməni vandalizminin simasını təşkil edən digər qatillər və canilər də qanun qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Azərbaycan xalqının gücü-qüdrəti, beynəlxalq imici və nüfuzu, xalqımızın mübarizə əzmi və sarsılmaz həmrəyliyi buna imkan verir!”, - deyə o əlavə edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev “Soyqırımı Memorial Kompleksi: azərbaycanlılara qarşı törədilmiş soyqırımların qan yaddaşı kimi” adlı məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlərlə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı Memorial Kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Azərbaycan Respublikasının Baş prokurorunun 1-ci müavini Elçin Məmmədov “Azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri: istintaq və nəticələri” mövzusunda məruzəsində qeyd edib ki, soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Bu müddət ərzində Qubada kütləvi məzarlıq aşkar edilib. Bu faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edib.

Elçin Məmmədov bildirib ki, Azərbaycan tarixinə bir sıra şanlı səhifələrlə yanaşı soyqırımı və faciələr də yazılıb. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel ayında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

“Bu dəhşətli hadisə miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə azğınlaşan erməni qüvvələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmələr həyata keçirib. Dinc sakinlər etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 50 mindən çox sakin erməni faşizminin qurbanı olub”, - deyə Elçin Məmmədov söyləyib.

Baş prokurorun 1-ci müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu ağır cinayətlərin araşdırılması üçün fövqəladə istintaq komissiyası yaradılıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb. Baş verənlərin sona qədər tədqiq edilməsi və ona siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranıb. Uzun illər gizli saxlanılan və üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başlamışdır. Məlum hadisələrdən yalnız 80 il sonra - 1998-ci ildə mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

Elçin Məmmədov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında çoxlu sayda insanların işgəncələr verilməklə qətlə yetirildiyi kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 2010-cu il 26 may tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin dövrdə baş prokurorun qərarı və peşəkar müstəntiqlərin iştirakı ilə istintaq qrupu yaradılıb. İş üzrə çoxsaylı şəxslər, hadisələrin bilavasitə şahidi olan və yaxud zərərçəkmiş şəxslərin yaxın qohumları müəyyən edilərək dindirilib. Azərbaycan Respublikası Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına, Milli Arxiv İdarəsinə, Respublika Dövlət Arxivinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimai və dini təşkilatlara sorğular göndərilib, kompleks məhkəmə tibbi, kriminalistika və sair ekspertizalar təyin edilərək rəylər alınıb.

“Erməni millətçilərinin silahlı basqınlarının izlərini özündə saxlayan maddi sübutlar aşkar edilərək müayinə olunub. İstintaqın gedişində toplanan sübutların məcmusu ilə, o cümlədən 1918-1920-ci illər mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin ermənilərin törətdiyi qırğınların tədqiqi məqsədilə təşkil etdiyi fövqəladə istintaq komissiyasının materiallarının, həmin hadisələrin canlı şahidi olmuş şəxslərin ifadələri, arxiv idarələrindən əldə olunan sənədlərin təhlili və sair sübut növləri ilə 1918-ci ildə Bakı şəhəri, Quba, Şamaxı qəzalarında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, onların əmlaklarının talan edilməsinin Şaumyan, Bakı Sovetinin hərbi inqilabi komitəsinə rəhbərlik edən Karqanov, Bakı Xalq Komissarları Sovetinin təşkil etdiyi ordu briqadasının komandirləri olan Amazaps, Svartiyan, Zurabyan, Arutinyan, korpus komandiri polkovnik Kazaryan, Avitisyan, Lalayan və digər erməni millətçiləri tərəfindən milli mənsubiyyət faktoruna əsasən həyata keçirilmiş soyqırımı cinayəti olması sübuta yetirilib”, - deyə E.Məmmədov söyləyib.

Baş prokurorun 1-ci müavini prokurorluq orqanları tərəfindən, eləcə də digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əlaqəli şəkildə erməni millətçi cinayətkar qrupları tərəfindən xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymətin alması üçün zəruri işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Erməni millətçiliyi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” adlı məruzəsində qeyd edib ki, Ermənistan işğal altında olmuş ərazilərdə kütləvi məzarlıqların yerini bildirən məlumatları Azərbaycana verməkdən boyun qaçırır. Erməni millətçilərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib. Sovet İttifaqı dağıldıqdan sonra da, Azərbaycan torpaqlarının işğal edilməsi həmin ərazilərdə də yerli əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilib.

“Erməni millətçiləri tərəfindən fərqli bölgələrdə insanlıq əleyhinə cinayətlər törədilib. Onların sırasında Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələrini xüsusilə qeyd etmək olar. Bu hadisələrin hər biri dinc əhalinin öldürülməsinə, terrora hesablanıb, qırğınların ardıcıl və sistematik həyata keçirilməsi isə onların Ermənistan tərəfindən dövlət səviyyəsində planlaşdırıldığını göstərir. Birinci Qarabağ müharibəsindən bu günədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir”, - deyə nazir müavini söyləyib.

Elnur Məmmədov vurğulayıb ki, bu günlərdə Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü “Ortaq kədər və tarixi qardaşlıq” mövzusundakı məruzəsində iki qardaş ölkənin ortaq acılarının xalqlarımızı daha sıx birləşdirdiyini, ədalətsizliyə qarşı birlikdə mübarizə aparmalı olduğumuzu bildirib.

Tuğba Sarıyönlü qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi olduqca mühüm sənəddir. Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu bəyannamə vacib müttəfiqlik anlaşmasıdır. Bu sənədin imzalanmasında məqsəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Ermənistanın soyqırımı siyasətinin dini aspektləri” mövzusunda çıxışı zamanı bu kimi elmi konfransların tarix boyu xalqımıza qarşı törədilən qırğınlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ölkəmizdə aparılan geniş ideoloji və təbliğati iş öz müsbət bəhrəsini verməkdədir. Dünya ictimaiyyəti artıq ermənilərin iç üzünü tanıyır. Hamı görür ki, ermənilərin soyqırımı iddiaları siyasi alətdən başqa bir şey deyil”, - deyə Gündüz İsmayılov söyləyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Erməni vəhşiliyi tarixin yaddaşında: dağıdılmış və yandırılmış tarixi abidələr” mövzusunda çıxış edib. “Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib. Bu baxımdan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır”, - deyə Azad Cəfərli söyləyib.

Dövlət Xidmətinin rəisi bildirib ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda, Ermənistan tərəfi daha bir təxribata əl ataraq, Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidində “bərpa işləri” adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, 1918-ci ildə Bakıda, Şamaxı, Quba qəzalarında, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni hərbi birləşmələri tərəfindən soyqırımı həyata keçirilib. Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu, ermənilərin “böyük Ermənistan” planını həyata keçirmək üçün türk-müsəlman əhalisinə qarşı məqsədli soyqırımı idi.

Professor Anar İsgəndərov məruzəsində erməni cəmiyyətində əsrlərdən bəri kök salmış türk düşmənçiliyi məsələsinin tarixi köklərinə də diqqət çəkib. Fövqəladə Təhqiqat Komissiyasının nadir sənədlərinə istinad edərək, müqayisəli təhlil əsasında 1905-1906-cı illər, 1918-ci ilin mart soyqırımlarının səbəb və nəticələri haqqında ətraflı məlumat verib.

Yekunda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransda maraqlı məruzələrin, faktların təqdim olunduğu bildirib. "Tarixdən ibrət dərsi götürülməli və nəticə çıxarılmalıdır", - deyən Tahir Budaqovun sözlərinə görə, gələcəkdə belə faciələrin bir daha yaşanmaması üçün keçmişimizi unutmamalı və daha güclü olmalıyıq. Bunun üçün isə Heydər Əliyev yolunun müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməliyik.

Tədbirin sonunda elmi-praktiki konfransın iştirakçıları adından bəyanat qəbul olunub.

Qubada “Soyqırım: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib