Qubadlı rayonunun Muğanlı kəndi FOTO
Bakı, 23 dekabr, AZƏRTAC
Qubadlı rayonunun Muğanlı kəndi Həkəri çayının sol sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 23-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Muğanlı kəndinin görüntülərini təqdim edir.