Qubadlı rayonunun Padar kəndi FOTO
Bakı, 4 yanvar, AZƏRTAC
Qubadlı rayonunun Padar kəndi Balasoltanlı kənd inzibati ərazi dairəsində, Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Padar kəndinin görüntülərini təqdim edir.