Qubadlı rayonunun Qaracallı kəndi FOTO
Bakı, 16 yanvar, AZƏRTAC
Qubadlı rayonunun Qaracallı kəndi eyniadlı inzibati ərazi dairəsində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 4-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaracallı kəndinin görüntülərini təqdim edir.