QUBANIN DAĞ KƏNDLƏRİNDƏ ARIÇILIĞIN İNKİŞAFI ÜÇÜN HƏR CÜR ŞƏRAİT VARDIR
- Quba rayonunun dağ kəndlərində arıçılığın inkişafı üçün hər cür şərait vardır. Bu bölgənin balı, min bir dərdin dərmanı olması ilə yanaşı, dadı və ləzzəti ilə də fərqlənir. Bu da arıların şirə çəkdikləri dağ və düzənliklərdə bitən gül-çiçəyin, otun, növbənöv ağacların daha ətirli, rəngarəng olmasından irəli gəlir.
Gözümü açıb həyətimizdə arı pətəkləri görmüşəm. Ailəmizin arı saxlamasının tarixi 200 il bundan əvvələ gedib çıxır. 25 ildir ki, şəxsən özüm arıçılıqla məşğul oluram. Təsərrüfatımda 200 arı ailəsi vardır. Bu qədər arıya xidmət göstərmək təsərrüfatçıdan böyük zəhmət, sahəyə vurğunluq, diqqət, qayğı, arıçılığa dair ədəbiyyatın daimi oxucusu olmağı tələb edir. Bir də ki, arı çox zərif olduğundan onunla davranış qaydalarına dəqiq əməl etmək əsas şərtlərdəndir.
Sağlam arı yetişdirib yüksək keyfiyyətli və qiymətli arıçılıq məhsullarının istehsalını artırmaq, əhalimizi bu əvəzsiz nemətlə bol-bol təmin etmək mənim əsas məqsədimdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]