REGİONLAR
Qubanın dağlıq kəndlərinə gedən yollar qardan təmizlənib VİDEO
Quba, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir.
5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev bildirib ki, səhər saatlarında yolun 35-37-ci kilometrliyində 15 santimetrədək qar müşahidə olunub. Ağır texnika və canlı qüvvənin köməyi ilə yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.
Yerli sakinlərin Xınalıq və ətraf kəndlərə gediş-gəlişində problem yoxdur.