“QUM ADASI” DƏNİZ QAZMA İŞLƏRİ İDARƏSİ 3 QUYUDA QAZMA İŞLƏRİNİ BAŞA ÇATDIRMIŞDIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Neftçilər günü ərəfəsində “Qum adası” Dəniz Qazma İşləri İdarəsinin kollektivi 3 yeni quyuda qazma prosesini başa çatdıraraq “Qum adası” Neft və Qazçıxarma İdarəsinə təhvil vermişdir. “Qum-dəniz” sahəsində 2800 metr dərinliyə malik 464 nömrəli quyu sutkada 50 ton neft hasilatı ilə istismara daxil edilmişdir.
Bu sahədə 3527 metr dərinliyə malik daha bir quyu qazılmışdır. Həmin quyudan sutkada 10 ton neft və 100 min kubmetr qaz hasil olunur. ''Hövsan'' sahəsində 3731 metr dərinlikdə qazılmış 1717 nömrəli quyu isə sutkada 10 ton neft verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]