Quranın təhqir olunması İsveçin imicinə mənfi təsir göstərib
Stokholm, 15 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İl ərzində Quranın yandırılması ilə müşayiət olunan aksiyalar və təbliğat kampaniyaları İsveçə xaricdə mənfi imic formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, İsveç İnstitutunun mütəxəssisləri Yaxın Şərq, Şimali Afrika və Asiyada, xüsusilə Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, İran, İraq, Türkiyə, Hindistan, İndoneziya və Pakistan əhalisi arasında aparılan sorğunun nəticələrinə həsr olunan son tədqiqatlarında bu qənaətə gəliblər.
Sorğuda hər ölkədən 1000-ə yaxın respondent iştirak edib. Nəticələrə əsasən, rəyi soruşulanların böyük hissəsi İsveçə qarşı mənfi münasibət bəslədiyini ifadə edib, bunun başlıca səbəbi kimi ölkənin müsəlmanlara qarşı dözülməzliyini göstərib.
Eyni zamanda, bəziləri əvvəlki kimi, İsveçə qarşı müsbət münasibətdədir.
“Nəticə tamamilə gözləniləndir. Biz gördük ki, İsveçdə Quranın yandırılması aksiyaları və təbliğat kampaniyaları ilə bağlı müzakirələr gedir. Lakin bütövlükdə dünyada İsveçin pozitiv imici yaranıb. Respondentlər İsveçin ətraf mühitin mühafizəsinə və həyat keyfiyyətlərinə bağlılığını ölkənin güclü tərəfi kimi qeyd ediblər”, - deyə İsveç İnstitutunun Baş direktoru Madlen Şöstedt vurğulayıb.
Onun fikrincə, İsveçin imicinin pisləşməsi əsasən iqtisadiyyat və təhlükəsizlik sahələrində digər ölkələrlə münasibətini təhlükə altına alır.
Madlen Şöstedt qeyd edib ki, İsveç İnstitutu ölkəyə etimadın möhkəmləndirilməsi üzərində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]