QURBAN BAYRAMINDA HEÇ KİM UNUDULMUR
Sabunçu Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, müqəddəs Qurban bayramı münasibətilə rayonda müxtəlif tədbirlər həyata keçirilmişdir. Rayondakı qəsəbələrin bütün məscidlərində qurban kəsilmiş və ehtiyacı olan adamlara paylanmışdır.
1, 10 və 11 nömrəli internat məktəblərində, gənc əlillərin istirahət evində, Bilgəhdəki qocalar evində və digər yerlərdə bayram süfrələri açılmışdır. Bayram günü şəhid ailələrinə, tənha və kimsəsizlərə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, Böyük Vətən müharibəsi veteranlarına, habelə 1000-dən çox qaçqın və məcburi köçkünə qurban əti verilmişdir.