Qurban Yetirmişli: Biz tikintiyə yox, ərazinin neçə ballıq olmasına rəy veririk
Bakı, 10 mart, AZƏRTAC
Biz tikintiyə yox, ərazinin neçə ballıq olmasına rəy veririk. Ərazinin seysmikliyini müəyyənləşdiririk. Binanın dayanıqlılığını tikinti təşkilatı yaradır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O, qeyd edib ki, vulkanik yerlərdə yaşayış evləri və ictimai-iaşə obyektlərinin tikintisi yolverilməzdir. Həmin ərazilərdə vulkan püskürməsi ciddi tələfatlara səbəb ola bilər.