Qurumuş ağacların yerinə yeniləri əkilib
Bakı, 27 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya bu gün Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində davam etdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, keçirilən aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 həmişəyaşıl sərv və şam ağacları əkilib. Məktəbin kollektivi ağacların əkilməsində fəal iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhər sakinlərini bu aksiyalarda fəal iştirak etməyə çağırır.