“QUŞ QRİPLİ” KOMPÜTER VİRUSU AŞKAR OLUNMUŞDUR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, “Şimali Amerikada epidemiya”, yaxud “Quş qripi nədir?” sərlövhəli məktublara əlavə edilmiş Naiva.A virusu Microsoft Word formatında özünü sənədə “bənzədir”.
Faylı açarkən sistemin yoluxması baş verir. Virus bəzi sistem komponentlərinin şəklini dəyişərək, kompüteri kənar icazəsiz istifadə üçün açır.
Cəmiyyət üçün aktual olan mövzulardan istifadə edən viruslar çoxdan tətbiq olunur. Virusların müəllifləri istifadəçinin məktuba əlavə olan faylı açması üçün sensasiyalı başlıqlardan istifadə edirlər. Mütəxəssislər məktubun ünvanında tanış adamın adı göstərilsə belə, həmin məktubları silməyi təklif edirlər. Hazırda dünyanın bir çox poçt serverlərində virusdan müdafiə sistemi tətbiq olunur. İstehsalçının bu sistemi vaxtında təzələməsi və yeni virusun təsvirini virusdanmüdafiə bazasına daxil etmək üçün operativ tədbirlər görməsi sayəsində bir çox virusların qarşısı alınır və onlar çox vaxt istifadəçiyə gəlib çatmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]