QUSARDA ƏHALİNİN YAŞAYIŞ VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Rayonun özəl müəssisələrində istehsal olunan məhsulların sərgisi maraqla qarşılanmışdır. Ötən ilin iqtisadi yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi dinlənilmişdir. Rayonun müxtəlif müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, ictimaiyyət nümayəndələri məruzə ətrafında çıxış etmişlər. Qeyd olunmuşdur ki, hesabat dövründə Qusarda əhalinin yaşayış vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı xeyli yaxşılaşdırılmışdır. Hazırda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Hesabat yığıncağında mövcud problemlər və onların həlli yolları da diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, rayon ərazisindəki yolların əsaslı təmiri və qəza vəziyyətində olan körpülərin bərpası işlərində əlaqədar nazirliyin köməyinə ehtiyac duyulur.
2005-ci ildə Qusarda 4 yeni məktəb binası tikilib istifadəyə verilmiş, səhiyyə və mədəniyyət müəssisələrində əsaslı təmir işləri aparılmışdır.
Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov hesabat yığıncağında çıxış etmişdir.
Yığıncaqda Prezident Aparatının məsul əməkdaşı Rəhim Abbasov iştirak etmişdir.