Qusarda narkotik və spirtli içkinin təsiri altında avtomobili idarə edən sürücülər saxlanılıb
Qusar, 15 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.
Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.
Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]
AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO
- 10.06.2026 [14:48]
Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
- 10.06.2026 [13:48]