RABİTƏ КLUBUNUN VOLEYBOLÇULARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, görüşdə “Rabitə” Voleybol Klubunun prezidenti Cəlil Cəfərov xatırlatmışdır ki, komanda bu yaxınlarda Belarusda keçirilən yarışda 2-ci yerə sahib olmaqla yanaşı, çimərlik voleybolunda respublika çempionu adına da layiq görülmüşdür. Oktyabr ayında yerli çempionata start veriləcəyini bildirən C.Cəfərov, komandanın Avropa yarışlarına vəsiqə qazanmasının bu oyunların nəticələrindən asılı olduğunu söyləmişdir.
Komandanın uğurlarından xəbərdar olduğunu bildirən A.Halim Ateş demişdir ki, “Azercell” bu cür layihələrə sponsorluq edərkən heç də reklam maraqları barədə düşünmür. Şirkətin əsas məqsədi ölkə idmanına, ümumilikdə, Azərbaycana hansısa yolla xidmət göstərməkdir.
Görüşün sonunda A.Halim Ateş komandanın üzvlərinə hədiyyələr təqdim etmişdir.