Azərbaycan Dövlət İnformasiya Agentliyi

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ƏLİ ABBASOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

Hörmətli müşavirə iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının inkişaf strategiyası çərçivəsində Sizin, cənab Prezident, uğurla həyata keçirdiyiniz sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, telekommunikasiya və informasiya texnologiyaları sektorunda da öz bəhrələrini verməkdədir. Hesabat dövründə bu sektorda məhsul və xidmət istehsalının artım tempi son illərdəki inkişaf səviyyəsini saxlayaraq 37,3 faiz olmuş və bu sahə üzrə ümumdünya orta inkişaf tempini 3 dəfədən çox qabaqlamışdır. Sektor üzrə orta aylıq əməkhaqqı 24 faiz artaraq 383 manat olmuş, özəl sektor üzrə isə orta aylıq əməkhaqqı 1212 manat təşkil etmişdir.

Telekommunikasiyanın inkişafı üzrə əldə olunan nəticələr sayəsində yeni texnologiyaların tətbiqinə və yeni xidmətlərin göstərilməsinə nail olunmuş, əsasən də regionlarda və ucqar yaşayış məntəqələrində xidmətin əhatə dairəsi genişləndirilmişdir. Məsələn, 6 ayda 220 ucqar kəndə peyk texnologiyası vasitəsilə müasir telekommunikasiya xidməti göstərilmişdir.

“Elektron Azərbaycan“ Dövlət Proqramına əsasən bu ilin sonunadək qalan 225 kənd də müasir vasitələrlə ölkənin telekommunikasiya şəbəkəsinə qoşulacaq və beləliklə, Dövlət

Proqramının əsas tələbi yerinə yetirilərək, bu ilin sonunadək Azərbaycanda telefonlaşdırılmamış bircə kənd də qalmayacaqdır.

Qeyd edim ki, sabit telekommunikasiya şəbəkəsinin inkişafı “100 ailəyə 100 telefon” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə kommersiya tipli olub, yeni nəsil texnologiyalarının tətbiqi ilə müasir genişzolaqlı xidmətlərin, yəni bir xətlə abunəçilərə eyni zamanda həm telefon, həm yüksəksürətli internet, həm də radio-televiziya xidmətlərinin göstərilməsini paralel olaraq həyata keçirir. Layihə texniki kreditlər, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin gəlirləri hesabına mərhələ-mərhələ reallaşdırılır. Bu gün ölkəmizin paytaxt və regionlarında bu müasir xidmətin on minlərlə istifadəçisi vardır.

Hesabat dövründə poçt sahəsində gəlirlər təxminən 30 faiz artmışdır. Lakin qeyd etməliyəm ki, poçt sisteminin bütün inkişaf etməkdə olan və həmçinin keçid ölkələrinə xas çətinlikləri bizim ölkəmizdə də qalmaqdadır. Bu gün dünyada yalnız inkişaf etmiş ölkələrdə poçt rentabelli və yüksək gəlirlərlə işləyir ki, buna da səbəb həmin poçt təşkilatlarının müasir elektron və nəqliyyat sistemləri ilə təchiz olunmasıdır. Respublikamızda bu problemin həlli üzrə 2005-ci ildən Azərbaycan hökuməti ilə Dünya Bankı “Maliyyə xidmətlərinin inkişafı” birgə layihəsini həyata keçirir. Bu layihə müasir informasiya texnologiyalarının tətbiqi ilə poçt sisteminin yenidən qurulmasını və qeyri-ənənəvi və yeni tipli elektron xidmətlərin göstərilməsini nəzərdə tutur. Layihənin bu ilin sonunda bitməsi və gələn ildən yeni xidmətlərin göstərilməsi planlaşdırılır. Lakin yeni sistemin səmərəli istifadəsinə keçid dövrü hələ 2-3 il də davam edəcəkdir.

Cənab Prezident, Sizin göstərişinizlə artıq iki ildir ki, “Azərpoçt”a dövlət əsaslı investisiya qoyuluşu hesabına hər il 2-3 milyon manat vəsait ayrılır. Əgər poçta verilən subsidiyalar növbəti 2 ildə müəyyən qədər artırılmaqla tətbiq edilərsə, hesablamalarımıza görə, “Azərpoçt” 2011-ci ildən etibarən rentabelli işləməyə başlayacaqdır. Bu mövzuda Maliyyə və İqtisadi İnkişaf nazirlikləri ilə müvafiq müzakirələr aparılır.

Hesabat dövründə radio və televiziya yayımı üçün texniki infrastruktur 28 yeni vericinin sistemə qoşulması, peyk, kabel, efir-kabel, internet televiziya və radio sistemləri vasitəsilə genişləndirilmişdir. Hazırda Azərbaycan televiziyası və dövlət radiosunun əhatə dairəsi əhalinin 100 faizinə, İctimai televiziya və eyniadlı radionun əhatə dairəsi əhalinin təxminən 82-85 faizinə, özəl televiziya və radio yayımlarının əhatə dairəsi isə təxminən 75-80 faizə çatdırılmışdır. Bu sahədə ən vacib məsələ sərhəd ərazilərdə efirə Beynəlxalq Telekommunikasiya İttifaqının təyin etdiyi qaydalardan kənar müdaxilələrin mövcudluğudur. Bu məsələ Sizin 2008-ci il 10 iyul tarixli Sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2,5 milyon manat hesabına görülən tədbirlər və verilən müvafiq tapşırığın yerinə yetirilməsi ilə həll olunacaqdır.

Hesabat dövründə internet xidmətlərinin göstərilməsində də əsaslı nəticələr əldə olunmuşdur. Altı ay ərzində internetin giriş və çıxış trafikinin həcmi təxminən 75 faiz artmış, istifadəçilərin sayı isə əhalinin 18 faizini təşkil etmişdir ki, bu rəqəm artıq orta dünya göstəricisinə bərabərdir.

İnternet provayderlərin əksəriyyəti internet xidmətlərinin qiymətlərini 6 ay ərzində 30-35 faiz endirmişdir. Bu gün Azərbaycan hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada gedir və bu ildən artıq Azərbaycan internet xidmətlərinin regionda ixracçısına çevrilmişdir.

Təsadüfi deyildir ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxarmışdır. Bu yüksək qiymətin arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur.

Bununla belə, İKT-nin Azərbaycanda Sizin tərəfinizdən prioritet sahə elan olunmasını, dünya iqtisadiyyatında sürətlə genişlənməsini və onun lokomotivinə çevrilməsini nəzərə alaraq, ölkəmizin yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatının qurulmasında İKT-nin rolunu genişləndirmək üçün hazırda regional əhəmiyyətli bir neçə layihə hazırlanmışdır və həyata keçirilməsi vacib hesab olunur.

Sizin tapşırığınıza əsasən ölkəmizdə kosmik sənayenin inkişafı üçün iki telekommunikasiya süni peykinin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma və kontraktlar tərtib edilmişdir, imzalanması və reallaşmasına başlanması üçün Sizin müvafiq Sərəncamınız hazırlanır. Hər iki layihə kommersiya tipli və rentabellidir, Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcəkdir. Əgər layihənin reallaşmasına sentyabr-oktyabr aylarından gec olmayaraq başlanılarsa, onda 2010-cu ildə birinci, 2011-ci ildə isə ikinci süni peyk orbitə çıxarıla bilər.

İkinci irihəcmli layihə ölkəmizdə “Regional innovasiya zonası” adlı texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı və ixracını təmin edən genişmiqyaslı xüsusi iqtisadi zonanın yaradılmasıdır. Layihə məsləhətçi şirkət tərəfindən hazırlanıb, Sizin tapşırığınızla Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Cənab Prezident, vaxtınızı almaq istəmirəm və icazənizlə Sizə son zamanlar region ölkələrinin və müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb edən bir layihə haqqında da qısa məlumat vermək istəyirəm. Bu, artıq Sizin bir neçə müvafiq ölkənin prezidenti ilə müzakirə etdiyiniz Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasıdır. Bu magistral İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş, təxminən 20 ölkəni əhatə edəcəkdir.

Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Layihənin təşəbbüskarı Azərbaycan tərəfi olmaqla, əksər ölkələr və müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur. Layihənin, Sizinlə razılaşdırmaqla, noyabr ayında ənənəvi beynəlxalq “BakuTel” sərgi və konfransı çərçivəsində müvafiq ölkələrin rəsmiləri ilə ilkin müzakirəsinin təşkili nəzərdə tutulur.

Bu gün Sizin rəhbərliyinizlə, cəsarətli qərarlarınız nəticəsində bütün dünyaya səs salan, Azərbaycanın siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng enerji və nəqliyyat layihələrinin sırasına dövlətimizin başçısının təşəbbüsü ilə yeni bir layihə - “Qərb-Şərq yüksək sürətli informasiya magistralının qurulması” da daxil olmaqdadır.

Cənab Prezident!

Çıxışımın sonunda İKT sektorunda çalışan yerli şirkətlərin bir arzusunu Sizə çatdırmaq istəyirəm. Məlumatınız olduğu kimi, yerli İKT şirkətləri artıq öz məhsullarını ixrac etməyə başlamışlar və region bazarlarında çox sərt rəqabətlə üzləşirlər. Artıq, əksər region ölkələri İKT məhsulları üçün güzəştli gömrük və vergi mühiti yaratmışlar. Buna baxmayaraq, ölkədə yaradılan işgüzar mühit və Sizin, cənab Prezident, İKT sektoruna və insan potensialının inkişafına şəxsi diqqətiniz Azərbaycanın İKT şirkətlərinin rəqabətlilik qabiliyyətinin saxlanılmasına kömək edir. Təhlillərimiz göstərir ki, İKT avadanlığı üçün mövcud olan gömrük rüsumları sistemində güzəştlərin tətbiqi və ixrac məhsullarının istehsalı üçün güzəştli kredit sisteminin yaradılması istehsalın və ixracın inkişafına yeni təkan verə bilər. Bu haqda yeni təkliflərin hazırlanması üçün müvafiq tapşırıqların verilməsini Sizdən xahiş edirik.

Diqqətinizə görə sağ olun!

X X X

Prezident İlham Əliyev iclasa yekun vurdu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib