RABİTƏÇİLƏR MƏCBURİ KÖÇKÜNLƏRİ VƏ HƏRBÇİLƏRİ TƏBRİK ETMİŞLƏR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rabitəçilər Novruz bayramı münasibətilə Abşeron rayonunun Goradil qəsəbəsində və Biləsuvar şəhərciyində məskunlaşan məcburi köçkünlərə, həmçinin Bərdə rayonundakı “N” saylı hərbi hissənin əsgərlərinə baş çəkmiş, özləri ilə gətirdikləri 112 milyon manatlıq bayram sovqatını onlara paylamışlar.
Köçkün soydaşlarımız göstərilən maddi və mənəvi qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.