Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb
Bakı, 27 iyun, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun olaraq, onlayn formatda təşkil edilən imtahanların birincisi radiasiya materialşünaslığı ixtisası üzrə spektrometrik və dozimetrik cihazlar və onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi fənnindən keçirilib.
Qeyd edilib ki, magistranların yay imtahan sessiyasının növbəti imtahanları müvafiq olaraq iyulun 3-də yarımkeçiricilərin radiasiya fizikası, iyulun 6-da bərk cisimlərin fiziki xassələrinin ölçmə metodları və iyulun 10-da radiasiya qeydedici cihazların əsasları fənlərindən olmaqla onlayn formatda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]