Rafael Harpaz: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib. Səfir deyib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və onlar bu ölkədə nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu əlaqələrin hazırda uğurla davam etdiyi bildirilib. Söhbət zamanı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]