Rafael Qrossi Rusiyaya səfər edəcək
Bakı, 5 mart, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) Baş direktoru Rafael Qrossi regionda təhlükəsizliyin təmin olunması istiqamətində danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, baş direktor bu barədə IAEA-nın direktorlar şurasının Vyanada keçirilən iclasında Zaporojye Atom Elektrik Stansiyasının üzləşdiyi “cari problemlər” də daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi zamanı deyib. O, həmçinin İranın atom proqramı ilə bağlı həll olunmamış təminat məsələlərinə də toxunaraq bununla bağlı yenidən danışıqlar aparılacağına ümidini ifadə edib.
Martın 21-də Brüsseldə IAEA və Belçika hökumətinin birgə ev sahibliyi edəcəyi ilk nüvə enerjisi sammitindən danışan Rafael Qrossi bu tədbirin nüvə yanacağının hazırda enerji istehsalındakı yerini müzakirə etmək üçün "əla fürsət" olacağını söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]